Etiraf edirəm ki,bloqlarda etiraf həftasi olduğunu dünən oyrənmişəm..Ən xoşuma gələn etiraflar Ra Sim O,Etibar bir də Cavida Ağa-nin etirafları oldu..İndi də mən etirtaf edim .Tam məxfidi.Heç kimə deməyin
- Etiraf edirəm ki,etiraf etməyi xoşlamıram
- Etiraf edirəm ki,səhərlər qoğalla çay içməyi sevirəm
- Etiraf edirəm ki,indiyə kimi ancaq bir “Bədbəxt”i sevmişəm
- Etiraf edirəm ki,heç vaxt telefonumda porno videolar olmayıb
- Etiraf edirəm ki,uşaq vaxtı soyuducunun qapısını bağladıqdan sonra təzədən açıb işığın sönüb-sönmədiyini yoxlayırdım.
- Etiraf edirəm ki,hərdən gecə yatanda o “Bədbəxt” i qucaqlayıb yatıram.
- Etiraf edirəm ki,biologiya fakultəsindəki Ləman adlı qız mənə pozitiv enerji verir.
- Etiraf edirəm ki,haçansa dinə qayıtsam islamı seçməyəcəm
- Etiraf edirəm ki,gecə itlərin səsi gələndə qorxuram
- Etiraf edirəm ki,hələ də cizgi filmlərinə baxıram
- Etiraf edirəm ki,indiyə qədər Yaqub kimi səmimi dostum olmayıb
- Etiraf edirəm ki,hərdən həmin biologiya fakultesinde oxuyan qiza yaxinlaşıb ürəyimdən keçəni demək və heç bir cavab gözləmədən tez ondan uzaqlaşmaq istəyirəm
- Etiraf edirəm ki,Hatico filminə baxanda ağlamışdım
- Etiraf edirəm ki,porno videolar haqqında dediyim etiraf yalandı
- Etiraf edirəm ki,etiraflarım heç kimə maraqlı deyil
))